
İqor Ribeyro ilə 2 illik müqavilə imzalanıb
2 iyul 2025, 12:33
“Neftçi” İqor Ribeyro ilə müqavilə bağlayıb. Braziliyalı müdafiəçi ilə anlaşmanın müddəti 2 ildir.
“Araz-Naxçıvan” klubu ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq.
28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.