Xoş gəldin, Kristian Kostin!

22 iyul 2025, 23:17

“Neftçi” növbəti transferini həyata keçirib. Rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin artıq “Neftçi” ailəsinin üzvüdür. 27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub. O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.

Xoş gəldin, Kristian Kostin!