
“İlk hissədə çox sönük oynadıq, ikinci hissədə isə əlimizə düşən imkanlardan yararlana bilmədik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “İmişli” klubu ilə 2-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Azarkeşlərimizə təşəkkür edirəm. Əziyyət çəkib o qədər yol gəldilər, bizi sonadək dəstəklədilər. Təəssüf ki, onları sevindirə bilmədik. İlk oyunda da heç-heçə etmişdik. Yenə cəmi 1 xal qazanıb, 2 xal itirdik. Birinci hissədə çox sönük oynadıq, ikinci hissədə isə əlimizə düşən imkanlardan yararlana bilmədik. İlk matçımızdan sonra klubun Müşahidə Şurası, rəhbərliyi bizə çox böyük dəstək göstərdilər. Başa düşürük ki, nəticə ürəkaçan deyil, amma yeni komandayıq. Yaxşı işlər bacaracağımıza inanırıq. Gələcəkdə bir-birini daha da yaxşı anlayan və çox yaxşı işlər görməyə layiq olan bir komanda görəcəyik. Buna şübhəmiz yoxdur”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
Şamaxıda qolsuz heç-heçə
A Komanda 22 avqust 2025, 19:05 -
Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq
A Komanda 21 avqust 2025, 20:18 -
İki futbolçu əvəzedici komandaya göndərildi
A Komanda 21 avqust 2025, 15:19 -
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40