
“Neftçi” yarımfinalda!
12 fevral 2022, 18:41
“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində cavab oyununu keçirib. Komandamız “Bank Respublika Arena”da “Sabah”ın qonağı olub. Hesabı ilk hissədə meydan sahibləri açsa da, flaqman fasilədən sonra 3 qol vurub. “Sabah”dan Xuan Kamara (41-ci dəqiqə), “Neftçi”dən isə Emin Mahmudov (61-ci dəqiqə) və Ramon Maçado (62-ci və 68-ci dəqiqələr) fərqləniblər.
Qeyd edək ki, bununla da, yarımfinala vəsiqə qazanan komandamız bu mərhələdə “Zirə” – “Səbail” cütünün (ilk oyun 4:0) qalibi ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31