
“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir
“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. “Ağ-qaralar” iyunun 21-dən etibarən gündə bir dəfə olmaqla “Neftçi Futbol Mərkəzi”ndə məşq edir. Əsasən fiziki təmrinlərdən ibarət olan hazırlıq prosesi klubun seleksiya şöbəsinin üzvləri – İqor Getman və Vadar Nuriyevin rəhbərliyi altında keçirilir. Komandamızın üzvləri bu müddətdə sağlamlıq sponsorumuz “Liv Bona Dea Hospital”da tibbi baxışdan keçəndən sonra məşqə qoşulublar. Bugünkü məşqdə futbolçuların əksəriyyəti iştirak edib.
Qeyd edək ki, yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
Samir Abasov: “Futbolçulara demişdim ki, yalnız formanızdakı loqoya baxın və oynayın”
A Komanda 10 may 2025, 22:17 -
Tovuzda qələbə qazandıq!
A Komanda 10 may 2025, 21:34 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 9 may 2025, 14:14 -
“Çalışırıq, futbolçuları məşqlərə, matçlara hazırlayaq və bacardığımız qədər yaxşı oynayaq”
A Komanda 4 may 2025, 23:21