
Qələbəni əldən verib məğlub olduq
“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 31-ci turda “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda baş tutan matçın 19-cu dəqiqəsində Emin Mahmudov penalti ilə hesabı açıb. Buna baxmayaraq, meydan sahibləri 3 dəfə fərqlənərək qalib gəliblər – 3:1. Rəqibin qollarını Rəhim Sadıxov (43-cü dəqiqə), Fuad Bayramov (78-ci dəqiqə) və Vladislav Kulaç (85-ci dəqiqə) vurublar.
Qeyd edək ki, “Neftçi” 31 oyundan 47 xalla turnir cədvəlində 4-cü yeri tutur.
Tövsiyə olunur
-
“Çatışmazlıqların üzərində işləyib yeni mövsümdə başqa bir komanda olacağıq”
A Komanda 18 may 2025, 19:31 -
“Neftçi Arena”dakı son oyunda böyükhesablı qələbə!
A Komanda 18 may 2025, 19:11 -
“Səbail”lə oyuna hazırlıq başa çatdı
A Komanda 17 may 2025, 18:40 -
Samir Abasov: “Futbolçulara demişdim ki, yalnız formanızdakı loqoya baxın və oynayın”
A Komanda 10 may 2025, 22:17