Xoş gəldin, Murad Xaçayev!

28 iyun 2025, 18:09

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Murad Xaçayev artıq “Neftçi” ailəsinin üzvüdür. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. O, Sumqayıt təmsilçisində baş məşqçimiz Samir Abasovun rəhbərliyi altında da oynayıb. Murad milli komandamızın heyətində 1 oyun keçirib.

Xoş gəldin, Murad!