
Samir Abasov: “Hazırda danışıq apardığımız bir neçə futbolçu var”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov “Neftçi TV”yə müsahibə verib. Təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirib növbəti mövsüm üçün hədəflərdən danışan çalışdırıcımız gələcək transferlər barədə bunları deyib:
“Çalışacağıq ki, ən azı Polşa toplanışına və oradakı yoldaşlıq oyunlarına kimi bir neçə transferi həyata keçirək. Transfer etmək hamı üçün çox çətindir. Burada futbolçunu razı salırsan, agentləri çıxır, agentləri razı salmağa çalışırsan, klubu çıxır. Bununla belə, sizə əminliklə deyirəm ki, hazırda danışıq apardığımız bir neçə futbolçu var. Lakin transfer belə bir şeydir ki, o gəlib müqaviləyə qol çəkməyincə “bu transfer baş tutdu” demək çətindir. Çünki 95, 98 faiz əmin olduğun futbolçu belə bəzən əldən çıxır. Amma hazırda danışıqlar apadığımız futbolçuların bura gəlməməyi əsla klubumuzdan, bizdən qaynaqlanmır. Bizim dirəndiyimiz nöqtə bayaq sadaladığım kimi agentlər, klublar və digər məsələlərdir. Lakin hansısa bəyəndiyim futbolçu alınmasa belə, skaut departamentimiz daim bu məsələ üzərində işləyir. Yəni transferlərlə bağlı mən qərar verirəm və bəyəndiyim futbolçular buraya gəlirlər. Bu sırf bizim nəzarətimiz altındadır”.
Müsahibənin tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00