
Füzuli Məmmədov: “Ağıllı oynayıb qalib gəlməliyik”
“Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib. O, deyib ki, komandamızın əsas üstünlüyü evdə oynamağıdır:
“Hər bir rəqib təhlükəlidir. Düzdür, “Şkupi” kağız üzərində digər rəqiblərlə müqayisədə zəif görünə bilər. Amma əsas üstünlüyümüz odur ki, evdə oynayacağıq. Hər rəqib üçün xüsusi hazırlaşmaq lazımdır. Futbolçularımız bu oyuna tam köklənməlidirlər. Səhv etmək olmaz. Ffutbolçularımız sıxılmalıdırlar, amma çox rahatlaşmaq da olmaz. Lazımi qədər həm diqqətli, həm də sərbəst olmalıyıq. Xüsusilə müdafiədə səhv etmək olmaz. Çünki mərhələnin taleyi bir oyundan ibarətdir. Təbii ki, hücum etməliyik, amma müdafiəni unutmamaq şərti ilə. Müdafiədə və ya mərkəzdə hər hansı səhv uğursuzluğa səbəb ola bilər. Ağıllı oynayıb qalib gəlməliyik”.
Qeyd edək ki, “Neftçi” – “Şkupi” (Şimali Makedoniya) oyunu avqustun 27-də “Bakcell Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00