
“Neftçi” yoxlama oyununda qələbə qazandı
“Neftçi” PFK hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Komandamız “Qəbələ” klubu ilə qarşılaşıb. “Bakcell Arena”da baş tutan görüşdə flaqman qələbə qazanıb – 2:1. “Ağ-qaralar”ın qollarını Mamadu Kane və Yusuf Laval vurub. Emin Mahmudov penaltidən istifadə edə bilməyib. Rəqib futbolçu Nikolas Raysel isə məhz 11 metrlik cərimə zərbəsindən sonra fərqlənib.
“Neftçi”: 30.Aqil Məmmədov, 91.Tallison Dias, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 26.Ömər Buludov, 36.Mamadu Kane, 88.Saman Nərimancahan (29.Sabir Buqrin), 8.Emin Mahmudov, 7.Namik Ələskərov (22.Mirabdulla Abbasov), 24.Yusuf Laval (19.Fəhmin Muradbəyli), 28.Stiven Jozef-Monroz (80. İsmayıl Zülfüqarlı).
Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 37.Vüsal Əsgərov, 40.Vüqar Həsənov, 72.Əli Mürsəlov.
Qeyd edək ki, “Neftçi” yeni mövsümdə ilk rəsmi oyununu avqustun 21-də keçirəcək. Komandamız Premyer Liqanın 1-ci turu çərçivəsində “Səbail”i qəbul edəcək. Saat 20:30-da start götürəcək görüş “Bakcell Arena”da baş tutacaq. Ayın 27-də isə flaqman UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq. Oyun “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlanacaq.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00