
“Şkupi” ilə oyunun UEFA nümayəndəsi və hakim-inspektoru müəyyənləşib
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Şkupi” matçının UEFA nümayəndəsi və hakim-inspektoru müəyyənləşib. Oyunun UEFA nümayəndəsi Oleq Molçanov (Moldova), hakim-inspektoru isə Orhan Erdemirdir (Türkiyə).
Bundan əvvəl “Neftçi” – “Şkupi” matçının hakim təyinatları da açıqlanmışdı. Oyun Latviyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Aleksandrs Qolubevs olacaq. Ona Raymonds Tatriks və Yevgeniys Morozovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlanacaq.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00