
“Neftçi” – “Qalatasaray” oyununa şotlandiyalı hakim təyin olundu
7 sentyabr 2020, 11:30
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” matçının təyinatları açıqlanıb. Oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kevin Klensi olacaq. Ona Devid Makqişi və Qrimi Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək. UEFA nümayəndəsi Svetlana Şkil (Ukrayna), hakim-inspektor isə Sokol Jaresi (Albaniya) olacaq.
Qeyd edək ki, senyabrın 17-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31