
Voislav Stankoviç: “Şadam ki, qələbə qazandıq”
“Neftçi”nin müdafiəçisi Voislav Stankoviç “Qarabağ”la oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Rəqib qapısına vurulan ilk qolun müəllifi sevincini gizlətməyib:
“Vaxt azlığına baxmayaraq bu oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, “Qalatasaray”la matçdan sonra psixoloji tərəfdən özümüzü toparlamaq ən vacib məsələ idi. Şadam ki, həm bunu bacarıb qələbə qazandıq, həm də qol vurdum. Mənə elə gəlir ki, biz “Qarabağ”dan daha istəkli idik, qələbəni daha çox istəyirdik. Ümid edirəm, bu qələbədən sonra qarşıdakı matçlarda daha gözəl oyun nümayiş etdirib vəziyyətimizi daha da yaxşılaşdıracağıq”.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00