
“Zirə” ilə oyun saat 16:00-a keçirildi
Premyer Liqanın 5-ci turu çərçivəsində oktyabrın 3-ü keçiriləcək “Neftçi” – “Zirə” matçının başlanma saatında dəyişiklik edilib. Oyun saat 19:15-də deyil, 16:00-da start götürəcək.
28 sentyabr 2020-ci il, saat 00:00-dan etibarən Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyət elan olunub. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilib. Bu ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib. Eyni zamanda, xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq, bütün təşkilati məsələləri nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının V, Azərbaycan I Divizionunun I turunun oyunlarının başlama saatları ilə bağlı müəyyən dəyişikliklər edib.
Qeyd edək ki, vəziyyətə uyğun olaraq qarşıdakı günlərdə bununla bağlı müvafiq addımlar atıla bilər.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00