
4 futbolçumuz milli komandada
“Neftçi” PFK-nın 4 futbolçusu – Namik Ələskərov, Mirabdulla Abbasov, Anton Krivotsyuk və Mert Çelik Azərbaycan milli komandasına dəvət olunub. Noyabrın 11-i Bakı vaxtı ilə saat 23:45-də Lyublyanada Sloveniya ilə yoldaşlıq matçı keçirəcək millimiz daha sonra UEFA Millətlər Liqası çərçivəsində iki oyuna çıxacaq. Komandamız noyabrın 14-ü Bakı vaxtı ilə saat 21:00-da Sloveniyanın Zapreşiç şəhərində Monteneqro, ayın 17-si saat 23:45-də isə “Jozi Bartel” stadionunda Lüksemburq yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, bunadək U-21-in formasını geyinmiş Mert Çelik əsas milli komandaya ilk dəfə dəvət alıb.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00