
“Qəbələ” – “Neftçi” matçını Rəvan Həmzəzadə idarə edəcək
Premyer Liqada 10-cu turun təyinatları açıqlanıb. “Qəbələ” – “Neftçi” oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Cəmil Quliyev və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Namiq Bəkirov yerinə yetirəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi isə Rüfət Əmirov olacaq.
Qeyd edək ki, noyabrın 22-si Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 14:00-da başlanacaq.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00