
Samir Abasov: “İnanıram ki, qarşıda daha yaxşı komanda görəcəyik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 11-ci turunun “Zirə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. O, komandanın getdikcə daha da artıracağına inandığını bildirib:
“Çox həyəcanlı oyun keçdi. Matçın taleyi hər an həll oluna bilərdi. Hər iki komanda meydana ilk növbədə uduzmamaq üçün çıxmışdı. Qol epizodu da az oldu. Düzdür, keçən oyunla müqayisədə, xüsusilə ikinci hissədə xeyli sayda yaxşı epizod yaratdıq. Bu bizi sevindirir. İnşallah, artıra-artıra gedəcəyik. İnanıram ki, qarşıda daha yaxşı komanda görəcəyik”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Rəqib imkan verdiyi qədər oynamaq olur. “Zirə”nin isə çox sıx və qol buraxmamaq üçün mübarizə apardığını müşahidə etdik. Belə olan halda rəqibin qapısına yaxınlaşmaq çox çətin idi. Hücum planında bəzi elementlər var ki, məşqlərdə onların üzərində işləmişdik, amma bunun dərhal effekt vercəyinə inanmıram. Bu, yavaş-yavaş olacaq. Qələbə qazanmaq istəyi var idi. Bunun üçün hər şeyi etdik, amma alınmadı”.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00