"Sabah"la oyunun hazırlığı start götürdü
"Neftçi” Premyer Liqanın 20-ci turunda qarşılaşacağı "Sabah”la oyunun hazırlığına başlayıb. "Səbail”lə görüşdən sonra bərpa məşqi edən komandamız fasilə vermədən bu gün məşqə çıxıb. Əvvəlcə klubun inzibati binasındakı fitnez zalında müxtəlif fiziki təmrinlər edən komandamızın üzvləri sonra "Türk Hava Yolları Futbol Mərkəzi”ndə toplu çalışmaları yerinə yetiriblər. Mamadu Mbodj zədəli olduğu üçün məşqdə iştirak etməyib, Donald Gerye isə fərdi məşqə başlayıb. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Qeyd edək ki, martın 7-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sabah” oyunu saat 18:00-da başlanacaq.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00