
"Neftçi" "Keşlə"yə qalib gəldi
"Neftçi” Premyer Liqanın üçüncü dövrəsində ilk qələbəsini qazanıb. Komandamız 17-ci turda "Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. "Bakcell Arena”da baş tutmuş görüşdə "ağ-qaralar”ın qollarını Baqali Dabo (11-ci dəqiqə), Mamadu Mbodj (17-ci dəqiqə) və Stiven Jozef-Monroz (58-ci dəqiqə) vurublar. "Keşlə”nin heyətində isə 53-cü dəqiqədə penaltidən Sezar Meza Kolli fərqlənib.
"Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 18.Tural Axundov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 77.Donald Gerye, 88.Saman Nərimancahan.
Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 6.Voislav Stankoviç, 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 22.Mirabdulla Abbasov, 26.Ömər Buludov, 33.Turan Vəlizadə, 55.İbrahim Əliyev, 80.İsmayıl Zülfüqarlı, 93.Soni Mustivar.
Tövsiyə olunur
-
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58