
"Bugünkü oyunu unudub, növbəti matça köklənməliyik"
"Neftçi”nin yarımmüdafiəçisi Saman Nərimancahan "Sumqayıt”la oyundan sonra klubun rəsmi saytına açıqlama verib. İranlı futbolçu heç-heçəyə görə məyusluğunu gizlətməsə də, bugünkü matçı unudub, növbəti oyuna köklənməyin vacib olduğunu bildirib:
"Bir nəfər azlıqda qaldığımızı nəzərə alsaq, heç-heçəni pis nəticə hesab etməmək olar. Bununla belə, qələbə qazanmadığımız üçün məyusuq. Çünki meydana yalnız 3 xal üçün çıxmışdıq. Alınmadı. Artıq irəliyə baxmalıyıq. Qarşıda "Qarabağ”la oyunumuz var. Güclü rəqib olduğunu bilirik. Bununla belə, hər görüş fərqli olur. Bugünkü oyunu unudub, növbəti matça köklənməliyik. Çalışacam ki, ən qısa zamanda komandama faydalı olum və qollarımla, məhsuldar ötürmələrimlə azarkeşlərin rəğbətini qazanım”.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00