Sabir Buqrin: “Özümü evdəki kimi hiss edirəm”
“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin “Keşlə” ilə yoxlama oyunundan sonra “Neftçi TV”yə müsahibə verib. Mərakeş əsilli belçikalı futbolçu özünü evdəki kimi hiss etdiyini bildirib:
“Zaman keçdikcə özümü evdəki kimi hiss edirəm, bura uyğunlaşıram və özümü daha yaxşı hiss edirəm. Ona görə də bu performansı göstərirəm. Təlim-məşq toplanışı çox yaxşı keçir. Hər kəs özünü yaxşı hiss edir. Komandada rəqabət var və getdikcə irəliləyiş çoxalır”.
Buqrin yanvarın 21-də “Səbail”lə keçiriləcək rəsmi oyun haqda da danışıb: “Həmişə olduğu kimi, bu matça da çıxıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Öz oyunumuzu göstərə bilsək, qorxmağa dəyməz”.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00