
“Olimpiya” ilə oyun “Neftçi TV”nin canlı yayımında
“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində keçirəcəyi ilk yoxlama matçının məkanı və başlanma saatı müəyyənləşib. Sloveniyanın “Olimpiya” klubu ilə görüş iyunun 21-də “Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komandamız toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. İyunun 25-də baş tutacaq görüşdəki rəqib hələ ki müəyyənləşməyib. Sonuncu sınaq matçı isə ayın 29-da Moskva “Spartak”ına qarşı olacaq.
Tövsiyə olunur
-
“Çalışırıq, futbolçuları məşqlərə, matçlara hazırlayaq və bacardığımız qədər yaxşı oynayaq”
A Komanda 4 may 2025, 23:21 -
“Kəpəz”lə qollu heç-heçə
A Komanda 4 may 2025, 22:52 -
“Kəpəz”lə oyunöncəsi son məşq
A Komanda 3 may 2025, 20:39 -
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54