
“Neftçi” PFK təşəkkürnamə ilə təltif edilib
“ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin 8 illik fəaliyyətinə həsr olunmuş “Könüldən 8 il” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, “Neftçi” PFK-nın da təmsil olunduğu tərəfdaş qurumların nümayəndələri, digər könüllü təşkilatlarının rəhbərləri və ASAN könüllüləri iştirak ediblər.
“Neftçi” PFK davamlı tərəfdaşlığa görə təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnamə klubun vitse-prezidenti Elnur Eyvazova təqdim olunub.
Tövsiyə olunur
-
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12 -
2025/26 mövsüm biletləri satışdadır!
Klub 6 avqust 2025, 17:50 -
Siyasət Əsgərov: “Komandamız sonadək vuruşdu”
Klub 31 iyul 2025, 00:15