Türkiyə toplanışının 2-ci günündə səhər məşqi
“Neftçi” PFK qış təlim-məşq toplanışını davam etdirir. Türkiyənin Antalya şəhərində hazırlığın ikinci mərhələsinə dünən start verən komandamız bu gün səhər məşqinə çıxıb. “Emirhan Sports Complex Side”ın stadionunda baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.
Qeyd edək ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan “ağ-qaralar” qardaş ölkədə 3 sınaq matçı keçirməyi planlaşdırır. Yanvarın 14-ü Bakı vaxtı saat 17:00-da Macarıstanın “Kişvarda” klubu ilə təşkil olunacaq görüş “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. “Neftçi”nin ikinci rəqibi ayın 19-da Polşanın “Visla” (Plosk) klubu olacaq. Yanvarın 24-dəki rəqib dəqiqləşəndə, bu haqda əlavə məlumat veriləcək.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00