
Qapıçılar üzrə məşqçi ilə müqavilə bağlandı
“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub. Qapıçılar üzrə məşqçi Florin Tene ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Tene 1968-ci il noyabrın 10-da Rumıniyanın Buxarest şəhərində anadan olub. 2001-ci ildə məşqçiliyə başlayıb. Rumıniya U-21 milli komandası (2002-2012) ilə yanaşı, bu ölkənin “Sportul Studentsesk” (2001-2002, 2010-2011), “Dinamo-2” (Buxarest, 2005-2006), “Proqresul” (2007-2009), “Otopen” (2009-2010), “Petrolul” (2012-2013), “Dinamo” (Buxarest, 2013), “Styaua” (2013-2014, 2015-2017), “Universitatya Krayova” (2021-2022), Səudiyyə Ərəbistanının “Əl Hilal” (2014-2015), “Əl Əhli” (2021), Bolqarıstanın “Liteks” (2015), BƏƏ-nin “Əl Vəhdə” (2017-2018) və “Əl Vəsl” (2019-2020) klublarında işləyib.
53 yaşlı mütəxəssis “Əl Hilal”, “Liteks”, “Styaua”, “Əl Vəhdə”, “Əl Vəsl”, “Əl Əhli” və “Universitatya Krayova” klublarında baş məşqçi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.
Qeyd edək ki, bundan əvvəl 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunmuşdu.
Tövsiyə olunur
-
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00 -
AEL-lə matçın hazırlığı başa çatdı
A Komanda 31 iyul 2025, 21:10