
“Neftçi” toplanışı sülhlə başa vurdu
“Neftçi” Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Komandamız “Qaziantep” klubu ilə qarşılaşıb. “Fenerbahce SK Topuk Yaylası Tesisleri”ndə baş tutan görüş qolsuz heç-heçə ilə nəticələnib.
“Neftçi”: 1.İvan Brkiç, 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 5.Kenni Sayef, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 11.Qodsvey Donyo, 14.Eddi İsrafilov, 19.Azər Salahlı, 23.Ataa Caber, 24.Yusuf Laval.
Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 93.Rza Cəfərov, 7.Azər Əliyev, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21.İsmayıl Zülfüqarlı, 26.Ömər Buludov, 27.Fərid Yusifli, 73.Ramin Nəsirli, 75.Nihad Qurbanlı, 82.Rüfət Abbasov.
Qeyd edək ki, bununla da toplanışı başa vuran “Neftçi” sabah Bakıya qayıdacaq. “Ağ-qaralar” ilk iki sınaq matçında “Sakaryaspor” (1:1) və “Sivasspor” (0:1) klubları ilə üz-üzə gəlmişdi.
Tövsiyə olunur
-
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00 -
AEL-lə matçın hazırlığı başa çatdı
A Komanda 31 iyul 2025, 21:10