
“Aris”lə cavab oyunundan əvvəl mətbuat konfransı və açıq məşq olacaq
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 28-i saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Aris” (Limassol) oyunu öncəsi komandamızın baş məşqçisi Laurentsiu Regekampf və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 27-si saat 18:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Eyni məkanda həmin gün saat 20:30-da “Aris”in baş məşqçisi Aleksey Şpilevski və kapitan Delmiro Naşimentunun iştirakı ilə mətbuat konfransı, 21:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Qeydiyyatdan keçmiş jurnalistlərə iyulun 27-si saat 12:00-dan etibarən “Bakcell Arena”da “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrindən tibbi maskadan istifadə etmək xahiş olunur.
Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31