
Məşqçilər korpusuna daha bir təyinat olub
“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub. Köməkçi məşqçi Nikolay Qriqori ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Nikolay Qriqori 1983-cü il iyulun 19-da Rumıniyanın Buxarest şəhərində anadan olub. Futbolçu kimi Rumıniya milli komandasının da üzvü olmuş Qriqori 2018-ci ildə məşqçiliyə başlayıb. 2018-2020-ci illərdə Buxarest “Rapid”inin U-17 komandasında baş məşqçi, əsas komandasında köməkçi məşqçi işləyib. 2020-ci ildə Rumıniya U-21 milli komandasında köməkçi məşqçi kimi çalışmış mütəxəssis 2020/2021 mövsümündə “Rapid”in baş məşqçisi olub. 2021-ci ildə “Universitatya Krayova”da baş məşqçi Laurentsiu Regekampfın köməkçisi olan Nikolayın sonuncu klubu “Metaloqlobus” (2021-2022) olub.
Qeyd edək ki, bundan əvvəl 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, 54 yaşlı Florin Tene isə qapıçılar üzrə məşqçi vəzifəsinə təyin olunmuşdu.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00