
“Rapid”lə cavab oyunundan əvvəl mətbuat konfransı və açıq məşq olacaq
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək “Rapid” (Vyana) – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Laurentsiu Regekampf və nigeriyalı futbolçu Yusuf Lavalın iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir avqustun 10-u Bakı vaxtı ilə saat 21:00-da “Alyans” stadionunun mətbuat zalında baş tutacaq. Konfransdan sonra – saat 21:30-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Eyni məkanda həmin gün Bakı vaxtı ilə saat 19:00-da “Rapid”in mətbuat konfransı, 20:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
Tövsiyə olunur
-
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00 -
AEL-lə matçın hazırlığı başa çatdı
A Komanda 31 iyul 2025, 21:10