
“Neftçi” PFK ilə PFL-in rəhbərliyi arasında görüş keçirilib
“Neftçi” PFK ilə Peşəkar Futbol Liqasının rəhbərliyi arasında görüş keçirilib. Klubun inzibati binasında təşkil olunan görüşdə “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, idman direktoru Zaur Əzizov, əsas komandanın baş meneceri Qədir Həsənov, PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev iştirak ediblər.
Görüşə görə “Neftçi” PFK-nın rəhbərliyinə təşəkkür edən PFL-in prezidenti tanışlıqla yanaşı, əsas məqsədinin klubları narahat edən məqamlarla bağlı onlara dəstək vermək olduğunu bildirib. “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev isə öz növbəsində Elxan Səmədovu PFL prezidenti seçilməsi münasibətilə bir daha təbrik edərək, ona heyəti ilə birlikdə uğurlar arzulayıb. Sonra Azərbaycan futbolunun hazırkı durumu və planlar barədə müzakirələr aparılıb.
Tövsiyə olunur
-
Doğum gününüz mübarək, Mehriban xanım!
Klub 26 avqust 2025, 00:00 -
Anatoli Banişevskinin ailəsi qonağımız oldu
Klub 18 avqust 2025, 17:30 -
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12