Yusuf Lavalın Portuqaliya klubuna satışı rəsmiləşdi
“Neftçi” PFK Portuqaliyanın “Arouka” klubu ilə futbolçumuz Yusuf Lavalın satışı ilə əlaqədar rəsmi danışıqları uğurla başa çatdırıb və nigeriyalı yarımmüdafiəçi qarşı tərəfə satılıb. “Neftçi”yə göstərdiyi xidmətlərə görə Yusuf Lavala təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!
Qeyd edək ki, 2020-ci ilin yayında transfer olunmuş Laval bu müddətdə 69-u çempionat (4 qol), 6-sı kubok, 13-ü avrokubok (2 qol) olmaqla 88 rəsmi matçda “ağ-qara” formanı geyinib, 6 qol vurub.
Tövsiyə olunur
-
Anatoli Banişevskinin ailəsi qonağımız oldu
Klub 18 avqust 2025, 17:30 -
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12 -
2025/26 mövsüm biletləri satışdadır!
Klub 6 avqust 2025, 17:50