
“Neftçi”nin məşqçisi Fəxri fərmanla təltif olunub
“Neftçi” Futbol Akademiyasının məşqçisi İslam Kərimov futbolun inkişafındakı, kütləvililiyindəki xidmətlərinə, bu idman növünün təbliğinə, həmçinin paytaxtın Nizami rayonunda keçirilən futbol tədbirlərindəki fəal iştirakına görə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Nizami rayon İcra Hakimiyyəti Gənclər və idman idarəsi tərəfindən Fəxri fərmanla təltif olunub. Təcrübəli mütəxəssis həm “Neftçi” PFK-nın məşqçisi, həm də müharibə veteranı kimi mükafatlandırılıb.
Qeyd edək ki, UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malik olan İslam Kərimov Azərbaycan Respublikasının Əməkdar məşqçisidir.
Tövsiyə olunur
-
Doğum gününüz mübarək, Mehriban xanım!
Klub 26 avqust 2025, 00:00 -
Anatoli Banişevskinin ailəsi qonağımız oldu
Klub 18 avqust 2025, 17:30 -
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12