
“V Neftçili Yay Futbol Düşərgəsi”ndə 3-cü qrup başlandı
“Neftçi” PFK-nın, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TuranBank”ın baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin 6-12 yaş aralığındakı övladları üçün keçirilən, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “V Neftçili Yay Futbol Düşərgəsi”ndə 3-cü qrupa start verilib. “Neftçi Futbol Mərkəzi”ndə baş tutan düşərgədə müxtəlif əyləncəli müsabiqələr təşkil olunub, “Neftçi” Futbol Akademiyasının məşqçiləri tərəfindən uşaqlara futbol qaydaları öyrədilib.
Qeyd edək ki, layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. 100 iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Bundan əlavə, uşaqlara “Neftçi” Futbol Akademiyasının məşqçiləri tərəfindən futbol qaydaları öyrədilir. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilir.
Tövsiyə olunur
-
Doğum gününüz mübarək, Mehriban xanım!
Klub 26 avqust 2025, 00:00 -
Anatoli Banişevskinin ailəsi qonağımız oldu
Klub 18 avqust 2025, 17:30 -
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12