
Baş məşqçinin köməkçiləri müəyyənləşdi
“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub. 45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aurelian-Boqdan Patraşku analitik məşqçi, 28 yaşlı Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi, 47 yaşlı Mihai-Qavril Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Mütəxəssislərin hər biri ilə 2 illik müqaviləyə imza atılıb.
Baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandamızın düşərgəsindədir. “Ağ-qaralar” bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq məşqə rumıniyalıların rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, hər dörd mütəxəssis bundan əvvəl də baş məşqçi Adrian Mutu ilə birlikdə çalışıb.
Tövsiyə olunur
-
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00 -
AEL-lə matçın hazırlığı başa çatdı
A Komanda 31 iyul 2025, 21:10