
“Neftçi” “Matç TV Kuboku”nda sonuncu oyununu keçirib
Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışında olan “Neftçi” “Matç TV Kuboku”nda sonuncu oyununu keçirib. “Ağ-qaralar” “Smena” stadionunda “Fenerbahçe”yə məğlub olub – 0:1. Yeganə qolu 72-ci dəqiqədə Edin Dzeko vurub.
Qeyd edək ki, “Matç TV Kuboku”nda “Zenit” (1:3) və “Srvena Zvezda” (0:4) ilə də qarşılaşmış “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-i Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da təşkil olunacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00 -
AEL-lə matçın hazırlığı başa çatdı
A Komanda 31 iyul 2025, 21:10