
Təbriklər, Asif Əsgərov!
“Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib.
O, qurumun Berlində təşkil olunan Assambleyası çərçivəsində bu gün keçirilən seçkidə klubların səs çoxluğunu qazanaraq 2023-27-ci illər üçün bu qurumda təmsil olunmaq hüququ əldə edib. Bununla da Asif Əsgərov beynəlxalq nüfuzlu futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.
“Neftçi” Peşəkar Futbol Klubu olaraq Asif Əsgərovu təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq!
Qeyd edək ki, Assambleyada “Neftçi” PFK-nı klubun baş icraçı direktoru Fərrux Mahmudov ilə kommunikasiya və kommersiya üzrə müşaviri Aysu İbrahimli təmsil edir.
Tövsiyə olunur
-
Anatoli Banişevskinin ailəsi qonağımız oldu
Klub 18 avqust 2025, 17:30 -
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12 -
2025/26 mövsüm biletləri satışdadır!
Klub 6 avqust 2025, 17:50