
Qəbələ toplanışına sabah yekun vurulacaq
“Neftçi” Qəbələ toplanışını davam etdirir. “Gabala Garden Hotel”də məskunlaşan “ağ-qaralar” bu gün Qəbələ şəhər stadionunda növbəti məşqə çıxıb. Fiziki, toplu və taktiki çalışmalardan ibarət olan məşqdə əməliyyatdan sonra bərpa prosesini başa vuran Eddi İsrafilov da iştirak edib. O, komandadan ayrı, fərdi məşğul olub.
Qeyd edək ki, toplanışa sabah yekun vurulacaq. Səhər məşqindən sonra Bakıya qayıdacaq “Flaqman” “Araz-Naxçıvan”la matçın hazırlığını paytaxtda davam etdirəcək. Naxçıvan təmsilçisi ilə oyun sentyabrın 16-sı saat 18:00-da “Dalğa Arena”da keçiriləcək. Komandamız 5 turdan sonra 8 xalla turnir cədvəlində 3-cü yeri tutur.
Tövsiyə olunur
-
“Kəpəz”lə oyunöncəsi son məşq
A Komanda 3 may 2025, 20:39 -
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20