
“Zirə” ilə oyunöncəsi son məşq
“Neftçi” Premyer Liqanın 7-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunöncəsi son məşqə çıxıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində hazırlıq keçib. Toplu və taktiki çalışmaların icra olunduğu məşqdə bərpa prosesini davam etdirən Emil Balayev iştirak etməyib, əvəzində, zədə səbəbindən ötən turu buraxan Rəhman Hacıyev komanda ilə məşqə qoşulub.
Qeyd edək ki, sentyabrın 23-ü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 20:30-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00