
“Neftçi” Tovuza bu gün yollanır
“Neftçi” Premyer Liqanın 8-ci turu çərçivəsində qarşılaşacağı “Turan Tovuz”la matçın hazırlığını davam etdirir. Komandamızın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar. Hazırlıq prosesi əsasən toplu və taktiki çalışmalardan ibarət olub.
Bu gün Tovuza yola düşəcək “ağ-qaralar” oyunöncəsi son məşqi sabah Tovuz şəhər stadionunda keçəcək.
Qeyd edək ki, sentyabrın 30-u saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq “Turan Tovuz” – “Neftçi” matçı “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00