
“Neftçi”dən əzmkar qələbə
“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Flaqman” 10-cu turda “Səbail”ə 4:2 hesabı ilə qalib gəlib. “ASCO Arena”da baş tutan matçın 2-ci dəqiqəsində meydan sahibləri David Qomisin qolu ilə hesabı açıblar. Bununla belə, “ağ-qaralar” fasiləyədək nəinki hesabı bərabərləşdirib, hətta önə keçməyi də bacarıb. 12-ci dəqiqədə Azər Əliyev, 45+3-cü dəqiqədə isə Ataa Caber fərqlənib. Hücumlarını davam etdirən “Neftçi” 81-ci dəqiqədə Aleksandr Ramalinqomun qolu ilə qapısında top görsə də, 88-ci dəqiqədə Yuri Matias, 90+5-ci dəqiqədə isə Rəhman Hacıyev “adını tabloya yazdırıb”.
Qeyd edək ki, “Neftçi” 10 oyundan 15 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00