
“Neftçi Arena”da stadion turu təşkil olunub
“Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena”da Sabunçu Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları və könüllülərinin iştirakı ilə stadion turu təşkil olunub. Qonaqlar klubun muzeyi, fan mağaza, komandamıza aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olub, meydançaya ayaq basıblar. Direktor müavini İbrahim Mahiroğlu Sabunçu Gənclər Evi Sosial Xidmət Müəssisəsi adından klubun muzeyinə xatirə hədiyyəsi təqdim edib.
Tövsiyə olunur
-
Anatoli Banişevskinin ailəsi qonağımız oldu
Klub 18 avqust 2025, 17:30 -
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12 -
2025/26 mövsüm biletləri satışdadır!
Klub 6 avqust 2025, 17:50