
“Ümid yeri” uşaq evinin sakinləri ilə bayram şənliyi
28 dekabr 2023, 17:00
“Ümid yeri” uşaq evinin sakinləri üçün Yeni il şənliyi təşkil olunub. “Neftçi” PFK-nın əməkdaşları və futbolçularımız – Rəhman Hacıyev, Qara Qarayev, Rza Cəfərovun qatıldığı görüşdə uşaqlara hədiyyələr təqdim olunub. Uşaqlarla əyləncəli vaxt keçirən komandamızın üzvləri onlarla xatirə şəkilləri çəkdiriblər.