
Baş məşqçinin köməkçiləri müəyyənləşdi
6 yanvar 2024, 12:00
“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub. 57 yaşlı Saşa Petroviç və 52 yaşlı Deyan Mrvalyeviç köməkçi məşqçi, 47 yaşlı Deyan İliç fiziki hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. “Neftçi”nin sabiq futbolçusu və məşqçisi, 42 yaşlı mütəxəssis Emil Babayev isə qapıçılar üzrə məşqçi olacaq. Məşqçilərin hər biri ilə 6 ay + 1 il şərtli müqaviləyə imza atılıb.
Qeyd edək ki, bunadək köməkçi məşqçi vəzifəsini yerinə yetirmiş Sənan Qurbanov bundan sonra baş məşqçi Miodraq Bojoviçin köməkçilərindən biri olacaq.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31