
“Neftçi” 3 qolla 2-ci pilləyə yüksəldi
28 yanvar 2024, 20:53
“Neftçi” bu il Misli Premyer Liqasında ilk ev oyununu keçirib. “Flaqman” 20-ci turda “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edib. “Neftçi Arena”da baş tutan matçda komandamızın qollarını Emin Mahmudov (61-ci dəqiqə - penalti), Dieqo Valdez (67-ci dəqiqə) və Brayan Moreno (90+5-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Emil Səfərov (87-ci dəqiqə) fərqlənib. İlk qolda penaltiyə səbəb olan Zurab Oçiqava 59-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Neftçi” bu qələbədən sonra 32 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31