“Qarabağ” – “Neftçi” matçını İnqilab Məmmədov idarə edəcək

4 may 2024, 14:05

Misli Premyer Liqasında 33-cü turun təyinatları açıqlanıb. “Qarabağ” – “Neftçi” matçının baş hakimi İnqilab Məmmədov olacaq. Ona Namiq Hüseynov və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Eyyub İbrahimov, hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Elçin Mehtiyev olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu bu gün saat 19:30-da “Azersun Arena”da keçiriləcək.