
“Neftçi” çempion!
U-10 komandamız Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin qalibi olub. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışın final matçında baş məşqçi İslam Kərimovun yetirmələri “Amasiya”nı 6:3 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb. Komandamızın qollarından ikisini Mehdi Mərdanov, hərəyə birini isə Daniel Xəlil, Nihat Behbudov, Nəbi Bayramov və Raul Pənahov vurublar.
Komandamızın üzvlərindən Mehdi Mərdanov 9 qolla turnirin ən məhsuldar hücumçusu olub, Raul Pənahov isə ən yaxşı yarımmüdafiəçisi seçilib. Kubok və medalları mükafatçılara veteran futbolçular təqdim ediblər.
Qeyd edək ki, “Amasiya” İdman Kompleksində təşkil olunmuş, 2 qrupdan ibarət 6 komandanın mübarizə apardığı turnirdə “Xəzər” (6:4) və “Zəngəzur”u (14:1) məğlub edən “Neftçi” qrup qalibi kimi finala vəsiqə qazanmışdı.
Tövsiyə olunur
-
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12 -
2025/26 mövsüm biletləri satışdadır!
Klub 6 avqust 2025, 17:50 -
Siyasət Əsgərov: “Komandamız sonadək vuruşdu”
Klub 31 iyul 2025, 00:15