
“İnanılmaz dərəcədə səbr göstərdiklərinə görə azarkeşlərə təşəkkür edirəm”
“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının “Kəpəz” klubu ilə 9-cu tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Nadir hallardan biridir ki, bugünkü oyun barədə düşündüyümü təhlil edib sizə deyə bilmirəm. Çünki bu cür matçları dəqiqliklə təhlil edib danışmaq lazımdır. Hazırda çətin vəziyyətdəyəm, inana bilmirəm ki, bütün bunlar mənim başıma gəlir, sanki yuxudayam. Buna görə də oyunun təhlilini ertələyirəm. Azarkeşlərimiz mənim ünvanıma heç də xoş olmayan ifadələr işlədirdilər. Onlardan nəinki inciyirəm, əksinə, inanılmaz dərəcədə səbr göstərdiklərinə görə onlara təşəkkür edirəm. Azarkeşləri başa düşürəm, onlara böyük hörmətim var. “Neftçi”dəki işimə görə pərişan deyiləm. Bunu faciə kimi yox, məğlubiyyət kimi qəbul edirəm”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00 -
AEL-lə matçın hazırlığı başa çatdı
A Komanda 31 iyul 2025, 21:10