
“Səbail”lə matçın hazırlığına sabah yekun vuracağıq
Misli Premyer Liqasının 10-cu turunda qarşılaşacağımız “Səbail”lə oyunun hazırlığını “Neftçi” Futbol Mərkəzində davam etdiririk. Yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçən bugünkü məşq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib. Əsas, U-21 və U-19 milli komandalarımızın düşərgəsindən qayıdan futbolçular – Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov, Rüstəm Samiqullin və Murad Məmmədov, eləcə də Sent Martin və Monteneqro yığmalarının üzvləri Kilan Lebon və Edvin Kuç da məşqdə iştirak ediblər. Hazırlığa sabah yekun vurulacaq.
Qeyd edək ki, oktyabrın 19-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçı saat 18:00-da başlanacaq.
Tövsiyə olunur
-
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58