
Samir Abasov: “Bir çıxış yolumuz var – durmadan işləmək”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Şamaxı” klubu ilə 13-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Xalqımızı möhtəşəm bayram münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Oyuna gəlincə, get-gedə komandada nə problemlər var, nəyin üzərində durmalıyıq, hansı yöndə işləməliyik – bütün bunlar daha da çox sezilməyə başlayıb. Bir çıxış yolumuz var – durmadan işləmək. Bu cür vəziyyətləri geridə qoymalı, pozitiv məsələlərin üzərində durmalı, onları yaxşılaşdırmalıyıq. Bu, yeni futbolçuların ortaya çıxması, bəzilərinin daha da inkişaf etməsidir. Hazırda məqsədimiz yaxın gələcəkdə bizə xeyir verəcək komanda qurmaqdır. Murad Məmmədovu qeyd edərdim. Onu təbrik edirəm, oyuna çox yaxşı başladı. Düzdür, bizim əziyyət çəkdiyimiz məqam, yəni tempin düşməsi ikinci hissədə Muradda da özünü göstərdi. Açığı, “Neftçi” olaraq oyunların tempinə tab gətirə bilmirik. Bu bizim ən çox sezilən problemimizdir. Bunun üzərində işləyəcəyik”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00 -
AEL-lə matçın hazırlığı başa çatdı
A Komanda 31 iyul 2025, 21:10 -
Polşadakı sonuncu oyunumuzun vaxtı müəyyənləşdi
A Komanda 31 iyul 2025, 17:00