
“Zirə” ilə matça hazırlaşırıq
“Neftçi” Misli Premyer Liqasının 14-cü turunda qarşılaşacağı “Zirə” klubu ilə oyunun hazırlığını davam etdirir. Noyabrın 17-dəki bir günlük istirahətdən sonra məşqləri bərpa edən “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçən hazırlıq prosesində əsas və U-19 milli komandalarımızın düşərgəsində olan futbolçular – Ramil Şeydayev, Rza Cəfərov və Murad Məmmədov, həmçinin millinin məşqində zədələnən Emin Mahmudov, eləcə də Sent Martin və Monteneqro yığmalarına dəvət alan Kilan Lebon və Edvin Kuç iştirak etməyiblər.
Qeyd edək ki, noyabrın 23-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçı saat 19:00-da başlanacaq.
Tövsiyə olunur
-
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00 -
AEL-lə matçın hazırlığı başa çatdı
A Komanda 31 iyul 2025, 21:10 -
Polşadakı sonuncu oyunumuzun vaxtı müəyyənləşdi
A Komanda 31 iyul 2025, 17:00